Dünyanın 24 universitetində “Azərbaycan multikulturalizmi” öyrədilir

0

Hazırda dünyanın 24 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur.

Bu barədə məlumat Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2022-ci ilin yekunlarına dair hesabatında yer alıb.

Hesabatda bildirilib ki, BBMM-in 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində hazırda dünyanın 24 aparıcı universitetində (Bolqarıstan, Rusiya, Çex Respublikası, Litva, Almaniya, İndoneziya, Gürcüstan, Portuqaliya, Polşa, Türkiyə, İtaliya, İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Rumıniya, Braziliya) “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur.

2022-ci il ərzində 11 xarici ölkə universitetində (Ural Federal Universiteti – Rusiya, Müqəddəs Kliment Orxidski adına Sofiya Universiteti – Bolqarıstan, Aleksandr İoan Kuza Universiteti – Rumıniya, Taras Şevçenko adına Kiyev Milli Universiteti – Ukrayna, Şri Şri Universiteti – Hindistan, Hokkaydo Universiteti – Yaponiya, Gadjah Mada Universiteti – İndoneziya, Pekin Xarici dillər Universiteti – Çin, Paraiba Federal Universiteti – Braziliya, Vroçlav Universiteti – Polşa, Erciyəs Universiteti – Türkiyə) Azərbaycan multikulturalzimi fənninin tədrisi davam edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »