ABŞ-ın Yuta ştatında yerləşən evlərdən birində 8 nəfərin meyiti tapılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən 5-i uşaq, digər üç nəfəri isə yetkin şəxslər olub.
İlkin məlumatlara görə, 8 nəfər güllələnərək öldürülüb.
Hadisənin hansı şəraitdə baş verdiyi bilinmir. Cinayəti törədən şəxsin hadisə yerindən qaçdığı bildirilir. Hazırda faktla əlaqədar araşdırma aparılır.