Ağstafada 3 bacı dəm qazından zəhərlənib

0

Ağstafada üç bacı dəm qazından zəhərlənib.

Report xəbər verir ki, hadisə yanvarın 4-də rayonun Həsənsu kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakinləri olan bacılar – Nərmin Rasim qızı Məmmədova, Zeynəb Rasim qızı Məmmədova və Fatimə Rasim qızı Məmmədli yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Daha sonra rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb, həmin şəxslər məhkəmə-tibbi ekspertizadan keçiriliblər.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »