MHP sədri gənclərlə görüşüb

0
Milli Həmrəylik Partiyasının (MHP) sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov partiyanın mərkəzi qərargahında bir qrup tələbə gənclərlə görüşüb.
MHP mətbuat xidmətindən İctimairey.az-a verilən xəbərə görə, “Gənclər və milli həmrəylik” mövzusuna həsr edilmiş tədbirin aparıcısı Rəqsanə Camalova giriş sözü ilə çıxış edib və milli həmrəyliyimizin zəfər qazandığı tarixi məqamlar barədə ətraflı məlumat verib.
MHP-nin sədri Əlisahib Hüseynov ölkə gənclərini maraqlandıran məsələlər ətrafında görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb. Tədbirdə iştirak edən gəncər də çıxış edərək milli birlik və həmrəyliyimizin əhəmiyyəti barədə öz fikirlərini bildiriblər.
Partiya sədri gənclərimizi və bütün Azərbaycan xalqını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibətilə təbrik edərək, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızı milli vəhdətə və həmrəyliyə çağırıb.
Tələbə gənclərlə görüş qarşılıqlı dialoq və səmimi diskussiya şəraitində keçib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »