İcra başçısı atası ilə babasının adını kəndə verib

0

Şəmkir rayonunun Əliyaqublu kənd sakinləri kəndi adından narazılıqlarını bildirirlər.

İctimairey.az xəbər verir ki, bu barədə məlumatı AĞ Partiyanın sədri Tural Abbaslı yayıb.

O bildirib ki, Şəmkir rayonunun sabiq icra başçısı, daha sonra kənd təsərrüfatı nazirinin müavini olan Aslan Aslanov babası Əlinin və atası Yaqubun adını birləşdirərək, Nizami kəndinin adını “Əliyaqublu”ya dəyişdirməyə nail olub.

Bununla bağlı kənd sakinləri video-müraciət də yayıblar. Onlar bildirirlər ki, Aslan Aslanovun nə babası Əlini, nə də atası Yaqubu tanıyırlar və bu “ata-babanın” adını daşıyan kənddə yaşamaq istəmirlər.

Rəsmi sənədlərə görə, kəndin adı 1924-cü ildə Üçüncü beynəlmiləl olub, 1993-cü ildə isə Nizami Gəncəvinin şərəfinə “Nizami” adlandırılıb. Lakin Aslan Aslanov icra başçısı vəzifəsində çalışarkən, öz imkanlarından istifadə edərək, babası ilə atasının adını birləşdirərək, kəndə 1997-ci ildə bu adı verdirməyə nail olub.

İllərdir kənd sakinləri buna etiraz etsə, Nizami adının qaytarılmasını tələb etsə də, səslərini eşidən yoxdur.

Qeyd edək ki, yaşayış yerlərinin adları Nazirlər Kabinetinin təqdimatı ilə Milli Məclis tərəfindən təsdiqlənir.

Bununla bağlı Nazirlər Kabinetinə sorğu ünvanlanıb.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »