QHT Agentliyi müsabiqə nəticələrini AÇIQLADI

0

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” və “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə qrant müsabiqələrinin nəticələrini elan edib.

Agentlikdən  bildiriblər ki, qrant müsabiqəsinə “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” üzrə 66, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” üzrə 105 layihə təqdim edilib.

Onlardan “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər”ndə 31 fərdi, 7 koalisiya üzrə, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri”ndə isə 47 fərdi, 8 koalisiya istiqamətində layihələrin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.

Qaliblərin siyahısı ilə bu link vasitəsilə //ngogrant.az/post/63ad320c4286c5ad39474a7b tanış olmaq mümkündür.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »