Şabran rayon Uşaq Gənclər İdman Məktəbi “İlin Ən Yaxşıları”ndan

0

Şabran rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbi 2022-ci ilin ən yaxşıları sorğusunun nəticəsinə əsasən Respublika üzrə 3-cü yerdə qərarlaşıb.

Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarını qeyd edib.

Dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib. Buta Palasda təşkil edilən tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2022-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Qonaqları qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən nazir 2023-cü ilin idmanımız üçün daha da uğurlu olacağına ümidvar olduğunu bildirib.

Sonra üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub. Şabran rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbi 2022-ci ilin ən yaxşıları sorğusunun yekun nəticələrinə əsasən 3-cü yerdə qərarlaşıb.

2022-ci ilin Uşaq-Gənclər İdman Məktəbi
1. 1 saylı Uşaq-Gənclər İdman Şahmat Məktəbi (Sumqayıt)
2. “Vətən” RİOEUG Futbol Məktəbi
3. Şabran rayon Uşaq Gənclər İdman Məktəbi

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »