Türkiyədə İŞİD terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.
“TRT Haber” xəbər verir ki, bu barədə Antep Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Qaziantep şəhərində keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqədə şübhəli bilinən 14 nəfər saxlanılıb.
Belə ki, bu şəxslərin əvvəllər İŞİD-in tərkibində fəaliyyət göstərdiyi, daha sonra terrorçular üçün kəşfiyyat işləri gördükləri və təşkilata yeni insanların cəlb olunmasında iştirak etmələri ehtimal edilir.
Terrorçuluqla mübarizə tədbirləri çərçivəsində saxlanılanlarla bağlı araşdırmalar davam etdirilir.