“Əl-Nəsr” Ronaldonu tibbi baxışdan keçirəcək

0

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldunun tibbi müayinədən keçmə tarixini müəyyənləşdirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyəlilər artıq futbolçu və onu müşayiət edənlər üçün yaşayış yerləri sifariş edib və qış transfer pəncərəsi açılana qədər müqaviləni tamamlamaq niyyətindədirlər.

Əgər Ronaldu “Əl-Nəsr”lə müqavilə imzalamağa razı olarsa, o zaman mətbuatın yazdığına görə, o, ayda təxminən 200 milyon avro alacaq.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »