Rusiyalı deputat Putini məhkəməyə verdi

0

Sankt-Peterburqun Smolniskoye bələdiyyə dairəsinin deputatı Nikita Yuferev Prezident Vladimir Putinlə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə müraciət edib.

Bu barədə Nikita Yuferev özünün Tvitter səhifəsində yazıb.

Yuferev bildirib ki, Rusiya ordusu haqqında saxta məlumatlar yaydığı üçün Vladimir Putinə qarşı cinayət işi başlanmalıdır.

Deputatın sözlərinə görə, prezident dekabrın 21-də keçirdiyi mətbuat konfransında “müharibə” sözünü işlədib.

O bildirib ki, “müharibə” ifadəsinə görə ölkədə artıq bir neçə min insan məhkum edilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »