“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə 01 dekabr tarixindən icrasına başladığı “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Yeni il şənliyinin təşkili” layihəsi çərçivəsində 20 dekabr 2022-ci il tarixində Bakı şəhərində 200 nəfər sağlamlıq imkanı məhdud 18 yaşınadək əlilliyi olan uşaqlar üçün Yeni il şənliyi təşkil etmişdir.

Şənliyiə başlamadan öncə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova şənliyə gəlmiş uşaqları qarşıdan gələn Yeni il münasibətilə təbrik etdi və onlara xoş istirahətlər, əyləncələr arzuladı. Şənlikdə şevincini uşaqlarla bölüşmək üçün gəlmiş qonaqlar- Azərbaycan Respubliksaı Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Ceyhun Ağayev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə məsələri üzrə mütəxəssisi Əmirxan Səfərov çıxış edərək uşaqların və onların ailələrini təbrik etdilər.

Şənlik iştirakçılarının bayram əhval-ruhiyyəsində olması, istirahət etmələri və əylənmələri üçün hər çürə şərait yaradılmışdır. Belə ki, əsasən uşaqların iştirak etdiyi tədbirin proqramını ziyafət və konsert, eyni zamanda onlar üçün əyləncəli animasiyalar, çizgi filmi personaşlarının çıxışları, müxtəlif əyləncələr (köpük və şar şou), Şaxta Baba və Qar Qızın tədbirə gəlişi təşkil edirdi. Yüksək səviyyədə təşkil olunmuş konsert proqramındakı musiqi sədaları altında uşaqlar rəqs etdilər, eyni zamanda şerlər söylədilər, mahnılar oxudular. Əyləncəli şoular uşaqların ürəyincə oldu.

Ziyafət süfrəsi arxasında əyləşən uşaqlara xüsusi menyu təqdim olundu. Bakının müxtəlif rayonlarından şənlikdə iştirak edən əlilliyi müəyyən olunmuş uşaqlar üçün təşkil olunmuş Yeni il şənliyinin sonunda onlara xüsusi qutularda qablaşdırılmış şiniyyatlardan ibarət bayram hədiyyələri təqdim olundu.