Goranboyda sərxoş kişi baba və nəvəni döydü

0

Goranboyda yaşlı kişi və nəvəsinə həmyerliləri tərəfindən xəsarət yetirilib.

Report xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Kənd sakinləri, 1999-cu il təvəllüdlü M.Mahmudov və onun babası 1943-cü il təvəllüdlü V.Nəbiyev mübahisə zəminində müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Hadisənin onların həmkəndlisi olan şəxs tərəfindən mübahisə zəminində törədildyi bildirilir.

Belə ki, sərxoş halda olan şəxs öncə M.Mahmudovla dalaşıb, daha sonra onları aralamağa çalışan V. Nəbiyevə əl zərbələri ilə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »