Erməni hərbçi həbs olundu: Azərbaycana işləyirmiş…

0

Ermənistan ordusunun baş çavuşu həbs olunub.

Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, erməni hərbi qulluqçu Azərbaycan xüsusi xidmət orqanları tərəfindən “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə ələ alınıb.

Bildirilib ki, o, 2022-ci ilin yanvarından iyuna kimi Vatsap şəbəkəsilə dövlət sirri təşkil edən məlumatları qarşı tərəfə ötürüb. Bunun müqabilində hərbi qulluqçu müvafiq olaraq 24 min (61 dollar) və 21 min 250 dram (54 dollar) pul alıb.

Bundan başqa, hərbçi 2022-ci ilin aprelində internetdə obyektin yerini müəyyən etməyə imkan verən proqram vasitəsilə çəkilmiş hərbi hissənin yerləşdiyi yerin fotoşəklini, hərbi bazaların mövqelərarası məsafəsinin sxemini, mühafizə zonasında döyüş mövqelərinin adları və rabitənin təşkili sxemini də verib. Buna görə, o, 48 min dram (122 dollar) alıb.

Hərbçi dövlətə xəyanətdə ittiham olunur.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »