DİN-dən Bəxtiyar Hacıyevlə bağlı aksiyaya REAKSİYA

0

Daxili İşlər Nazirliyi ( DİN) ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq keçirilməsi planlaşdırılan aksiya ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Modern.az-a bildirib ki, Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.

“Kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır. Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək”, – DİN rəsmisi bəyan edib.

Qeyd edək ki, bir qrup şəxs Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq, sosial şəbəkələr vasitəsilə dekabrın 23-də Fəvvarələr meydanında aksiya təyin etdiklərini bildiriblər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »