Vasif Talıbov istefa verir? – Təcili iclas çağırıldı

0

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası çağırılıb.

Modern.az xəbər verir ki, hazırda keçirilən iclasa Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sədrlik edir.

İclasda hansı məsələlərin müzakirəyə çıxarıldığı və orada kimlərin iştirak etdiyi hələlik məlum deyil. Ehtimal olunur ki, toplantıda son günlər Naxçıvan ətrafında baş verən hadisələr barədə fikir mübadiləsi aparılacaq.

Bundan əlavə, iclasın yekununda Vasif Talıbovun vəzifəsindən istefa verib-verməməsi ilə bağlı qərarın açıqlanacağı gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl DTX Naxçıvanda əməliyyat keçirib. Əməliyyatlar nəticəsində Naxçıvanda üç yüksək vəzifəli şəxs – maliyyə naziri Əliyev Rafael, Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. Onlar “xüsusilə külli miqdar”da dövlət vəsaitinin mənimsənilməsində ittiham edilirlər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »