Baş Prokurorluqda yeni mətbuat katibi TƏYİNATI

0

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni rəhbər təyin edilib.

Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Saleh Hacıyev qurumun Mətbuat xidmətinə rəhbər təyin olunub. O, daha əvvəl Baş prokurorun xüsusi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün öncə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə vəzifəsindən azad olunaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təyinat almışdı.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »