Rusiya və Çin birgə dəniz təliminə başlayır

0

Rusiya Çinlə birgə dəniz təlimlərinə başlayır.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, artıq Rusiyanın Sakit okean Donanmasının qrupu “Varyaq” raket kreyserinin başçılığı ilə təlimlərdə iştirak üçün Vladivostokdan yola düşüb.

“Təlimlərin aktiv hissəsində hava və dəniz hədəflərinə birgə raket və artilleriya atışlarının aparılması, o cümlədən silahların praktiki tətbiqi ilə sualtı qayıqlara qarşı hərəkətlərin məşq edilməsi planlaşdırılır”, – məlumatda deyilir.

Qeyd edək ki, təlimlər Şərqi Çin dənizində dekabrın 21-dən 27-dək keçiriləcək.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »