Dünənki partlayışda ölənlərin sayı artıb

0

Əfqanıstanın şimal vilayətlərini paytaxt Kabil şəhərinə birləşdirən yeganə keçid olan Salanq tunelində yanacaq daşıyan nəqliyyat vasitəsinin partlaması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Taliban hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman məlumat verib.

Onun sözlərinə görə, yaralıların sayı da artaraq 37-yə yüksəlib. Dağıntılar altında qalan insanların olduğunu bildirən sözçü ölən və yaralananların sayının artacağını istisna etməyib.

Qeyd edək ki, dünən səhər saatlarında Salanq tunelində baş verən partlayışdan sonra nəqliyyatın hərəkəti hələ də bərpa olunmayıb. Ərazidə yanğının davam etdiyi bildirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »