Daşkəsəndə yeni yaradılacaq çörək istehsalı müəssisəsinə baxış keçirilib

0

Daşkəsən KOB dostu Muraz Məmmədov KOBİA-nın dəstəyi ilə Daşkəsən şəhərində və rayonun Xoşbulaq kəndində sahibkar Rizvan Abdullayev tərəfindən yaradılan çörək istehsalı müəsissələrində aparılan işlərin gedişatı ilə yerində tanış olub.

İlkin baxış zamanı əlaqədar qurumlardan alınan normativ hüquqi sənədlərin  və müəssisələrin texniki vəziyyəti, biznes plana əsasən qarşıya çıxması ehtimal olunan digər məsələlərin həll edilməsi sahibkarla ətraflı təhlil edilib və ona müvafiq tövsiyələr verilib.

Muraz Məmmədov bildirib ki, Daşkəsənin ayrı-ayrı yaşayış məntəqələrində müasir texnologiyaların tətbiqinə əsaslanan belə çörək bişirən müəssisələrin yaradılması istehlakçıları sanitar-gigiyenik normalara əməl edilməklə, yüksək keyfiyyətli müxtəlif çeşiddə çörək və un məmulatları ilə təmin etməyə imkan verəcək, rayonda bəzi hallarda çörəklə bağlı müşahidə olunan süni qiymət artımı məsələsinə birdəfəlik son qoyacaq, o cümlədən yeni iş yerlərinin yaranmasına təkan verəcək.

Sahibkar Rizvan Abdullayev sahibkarlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib, KOBİA-nın ona operativ formada verdiyi hərtərəfli dəstəyi yüksək qiymətləndirərək Agentliyin İdarə Heyətinin sədri hörmətli Orxan Məmmədova təşəkkürünü çatdırıb.


Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »