Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması üçün müraciət edildi

0

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev bu gün vəkili Aqil Layiclə görüşüb.

Bu barədə vəkil bildirib. Aqil Layic Bəxtiyar Hacıyevin aclığı dayandırdığı barədə yayılan xəbərləri təkzib edib:

“Bəxtiyar Hacıyevlə görüşdüm, özü qəti olaraq aclıq aksiyasının dayandırılması xəbərlərini təkzib etdi. Dedi ki, mətuatda gedən informasiyalar reallığı əks etdirmir, qəti şəkildə reallığın təhrifidir. Təəssüf olsun ki, bu gün də aclığı dayandırma yönündə onu mane edə bilmədim…”.

Vakil bildirib ki, bu gün Bəxtiyar Hacıyev barəsində ev dustaqlığının seçilməsinə dair Xətai Rayon Məhkəməsinə müraciət edilib.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, B.Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.

O, dekabrın 9-da saxlanılıb və Xətai Rayon Məhkəməsi barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »