Ermənistana girişimə qadağa qoyulması ilə bağlı heç bir izahat almamışam.
Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Ermənistan mətbuatına müsahibəsində deyib.
O qeyd edib ki, İrəvan tərəfindən qoyulan qadağanın tezliklə aradan qaldırılacağına dair şayiələr yayılıb.
“Ermənistan hökuməti axmaqlıq edib və göstərib ki, onlar üçün Ermənistanın xaricdəki dəstəyindən daha çox partiya üstünlükləri önəmlidir. Onlar bunu başa düşdülər və indi özlərini qorumağa çalışırlar. Mənim günahı öz üzərimə götürməyim onların marağındadır və buna əsaslanaraq qadağanı aradan qaldırardılar. Üzr istəyəcək heç nəyim yoxdur. Mən uzun illərdir ki, Rusiya-Ermənistan münasibətlərini dəstəkləyirəm”, – deyə Zatulin bildirib.
O vurğulayıb ki, Ermənistanda heç kimə borclu deyil.
Rusiyalı deputat, həmçinin xatırladıb ki, o, noyabrda Ermənistana səfər etməyib, çünki İrəvan hakimiyyəti onu arzuolunmaz şəxs elan edib