Xəzərdə balıqçılar batdı: birinin meyiti tapıldı

0

Xəzər dənizinin Xaçmaz rayon sahillərində balıq tutmaq istəyən şəxs batıb.

Report xəbər verir ki, həmin şəxsin Şabran rayon sakini, 1961-ci il təvəllüdlü Yusif Dadaş oğlu Sultanov olduğu məlum olub.

Balıqçının meyiti tapılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Həmin vaxt qayıqda daha üç balıqçının da olduğu bildirilir və onlar haqqında hələ məlumat yoxdur.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »