İlham Əliyev BP-nin regional prezidentinə “Dostluq” ordeni təqdim edib

0

Azərbaycan Prezidenti İlham Əliyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counza “Dostluq” ordeni təqdim edib.

“Report”un məlumatına görə, “Dostluq” ordeni Azərbaycan Prezidentinin bu gün Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində təqdim edilib.

“Bizim daha bir vacib mərasimimiz var. Qari Counz təqribən iki ay yarım əvvəl “Dostluq” ordeni ilə təltif edilib. Hesab edirəm ki, bu gün həmin ordeni təqdim etmək üçün ən yaxşı fürsətdir”, – Prezident İlham Əliyev bildirib.

Ölkə başçısı deyib ki, o, buna həqiqətən layiqdir: “Bu, sizin Azərbaycanın neft-qaz sənayesinin inkişafına verdiyiniz mühüm töhfəniz, dostluğunuz və Azərbaycanın yaxşı sakini olduğunuza görədir. Siz demək olar ki, vətəndaşımızsınız və xalqımızın təməl ehtiyaclarını anlayırsınız. Bizimlə Şuşaya səfər etdiyinizə və bütün heyətinizin gördüyü işlərə görə sizi məmnuniyyətlə təltif etdim. Təltif sentyabrın 19-da olub, ancaq mən fürsət gözləyirdim və zənnimcə, bu gün əla gündür. Bu nəhəng qurğunun önündə sizə bu ordeni təqdim edirəm”.

Q. Counz isə bunun, onun üçün gözlənilməz olduğunu bildirib və Prezidentə təşəkkür edib: “Çox təşəkkür edirəm. Bu, mənim üçün böyük şərəfdir. Şəxsən öz adımdan və bütün BP heyəti adından Sizə minnətdarlığımı bildirirəm”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »