Qarabağ ermənilərinə ÇAĞIRIŞ: Şuşadakı aksiyaya siz də qoşulun!

0

Xəbər verdiyimiz kimi, Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəalı Şuşa şəhərinin girişində – Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyası keçirir.

Aksiya bir saatdan çoxdur davam edir. Etirazçılar Xankəndi-Laçın yolunu bağlayıblar.

Azərbaycanın QHT təmsilçiləri və ictimai fəallar Qarabağda yaşayan ermənilərə müraciət edərək, onları da aksiyaya qoşulmağa çağırıblar.

Qeyd edək ki, aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədardır. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb edirlər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »