İnternet portalının rəhbərinə hökm oxundu

0

“Kanals.az” internet portalının təsisçisi və rəhbəri işləmiş Sənan Məmməd oğlu Ələkbərov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Şəki Ağır Cinayətlər Məhkəməsi qərar çıxarıb.

Belə ki, “Kanals.az” internet portalının təsisçisi və rəhbəri işləmiş Sənan Məmməd oğlu Ələkbərovun qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə təkrarən hədə-qorxu gəlib xeyli miqdarda pulunu hədə-qorxu ilə tələb etməsi barədə Yevlax rayon prokurorluğuna daxil olmuş məlumat əsasında 22 fevral 2022-ci il tarixində Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqının davam etdirilməsi üçün Yevlax Rayon Polis Şöbəsinin İstintaq bölməsinə göndərilib.

Aparılmış istintaqla müəyyən edilib ki, Ələkbərov Sənan Məmməd oğlu Süleymanova Göhər Süleyman qızının rüsvayedici fotoşəkillərini özünə məxsus olan “Kanals.az” saytında və həmin adlı Yutub internet səhifəsində yayacağı və onu işlədiyi işdən çıxartdıracağı hədəsi ilə hədə-qorxu gəlib həmin məqsədlə 2021-ci ilin dekabr ayının ortalarında Göhər Süleymanovanın 1000 (bir min) manat məbləğində pulunu qəsdən hədə-qorxu ilə tələb edib.

Bundan başqa Ələkbərov Sənan Məmməd oğlu tanışı 29 sentyabr 1981-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Yevlax şəhər 32-ci məhəllə bina 3, mənzil 17 ünvanında yaşayan Rüstəmov Teymur Hüseyn oğlu ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax şəhəri, H.Əliyev prospekti 62-də yerləşən “Zeytun 9 Yevlax” aptekinin satıcısı Esmira Elxan qızı Misirxanovanın hədə-qorxu ilə tələb etməklə əmlakını ələ keçirmək məqsədilə 06 fevral 2021-ci il tarixdə günorta saatlarında sonuncunun satıcı işlədiyi həmin aptekə gələrək əlində olan “Samsunq” markalı mobil telefonun videokamerası ilə gizli çəkiliş aparaq Esmira Misirxanovadan “Amaril 400” adlanan dərman vasitəsini pul ilə aldıqdan sonra həmin çəkdiyi videogörüntüləri Teymur Rüstəmovun mobil telefonuna Vatsap tətbiqi vasitəsilə göndərmiş, Teymur Rüstəmov 07 fevral 2022-ci il tarixdə saat 16 radələrində Misirxanova Esmira Elxan qızının fəaliyyət göstərdiyi “Zeytun 9” aptekinə gələrək onun həmin aptekdə satılması qadağan edilmiş dərman vasitələrinin satışı ilə məşğul olmasını deyərək Sənan Ələkbərovun 06 fevral 2022-ci ildə çəkdiyi videogörüntünü mobil telefonla Esmira Misirxanovaya göstərərək həmin videogörüntünü Sənan Ələkbərovla birlikdə sonuncuya məxsus olan “Kanals.az” internet saytında və həmin adlı youtube internet səhifəsində yayacaqları hədəsi ilə Esmira Misirxanovaya hədə-qorxu gəlib həmin görüntülərin yayımlanmayaraq silinməsi üçün 07 fevral 2022-ci ildə saat 16 radələrində Esmira Misirxanovanın 5000 (beş min) manat məbləğində pulunu qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hədə-qorxu ilə tələb etmişdir.

Bundan başqa Ələkbərov Sənan Məmməd oğlu Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər nümayəndəliyində baş məsləhətçi vəzifəsində işləyən Məmmədov Rafiq Yaqub oğlunun xeyli miqdarda pulunu ələ keçirmək məqsədilə özünə məxsus “Kanals.az” youtube internet səhifəsində “mədəniyyətsiz mədəniyyət işçiləri” adı ilə yayımladığı Məmmədov Rafiq Yaqub oğlu ilə aralarında baş vermiş mobil telefon danışığının səsyazısının həmin internet səhifəsindən silinməsi və sonuncunun barəsində Mədəniyyət Nazirliyinə müsbət fikirlər bildirməklə onu işdən çıxartdırmayacağı adı ilə hədə-qorxu gəlib həmin görüntülərin özünə məxsus “Kanals.az” Yutub internet səhifəsindən silinməsi üçün 2022-ci ilin fevral ayının ortalarında Rafiq Məmmədovun xeyli miqdarda 15000 (on beş min) manat pulunu qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hədə-qorxu ilə tələb etmişdir.

Sənan Məmməd oğlu Ələkbərovun Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri ilə, Teymur Hüseyn oğlu Rüstəmov isə Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə nəzərdə tuutlmuş cinayət əməllərini törətməsi istintaq zamanı öz təsdiqini tapdığından onlar həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində tərtib edilmiş ittiham aktı təsdiq edilərək cinayət işi 06.06.2022-ci ildə Şəki Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir.

Şəki Ağır Cinayətlər məhkəməsin 07 dekabr 2022-ci il tarixli hökmü ilə Sənan Məmməd oğlu Ələkbərov Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətinə və Teymur Hüseyn oğlu Rüstəmov isə Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişlər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »