Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə təkcə işğal olunmuş ərazilərin qaytarılması ilə deyil, həm də Rusiya sərhədinin demilitarizasiyası ilə başa çatacaq.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Podolyak vurğulayıb ki, indi təkcə 1991-ci ilin sərhədləri ilə məhdudlaşmaq mümkün deyil, Rusiya qoşunları sərhəddən 50-100 km geri çəkilməli olacaq:
“Rusiya tədricən 1991-ci il sərhədlərinə çəkiləcək, lakin çox güman ki, bununla da dayanmayacaq, çünki əsl danışıqlar prosesi çərçivəsində geri çəkilmək lazım gələcək. Rusiyanın Ukrayna ilə beynəlxalq sərhədlərinə yaxın müəyyən ərazinin demilitarizasiyası lazım gələcək. Rusiya qoşunları sərhəddən 50-100 kilometr geri çəkiləcək”.