Azərbaycan və Türkiyə generalları görüşdü

0

Türkiyədə səfərdə olan Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev qardaş ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və Baş Qərargahın ikinci rəisi ordu generalı Səlcuq Bayraqdaroğlu ilə görüşüb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşlər zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »