Toydan qayıdan ailə qəzaya düşdü

0

Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində toydan qayıdan ailə avtomobil qəzasına düşüb, xəsarət alanlar var.

Report-un məlumatına görə, hadisə rayonun “Səbət bazarı” yaxınlığında qeydə alınıb.

“Mersedes” markalı avtomobil hərəkətdə olan zaman anidən qarşısına mal-qara çıxıb. Bu zaman sürücü idarəetməni itirərək qəza törədib. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər, 10 yaşlı M.Süelymanzadə, 42 yaşlı S.Məmmədova, 54 yaşlı S.Məmmədova və 40 yaşlı G.Məmmədova xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normal və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »