Səfirimizdən Araikin müsahibəsinə sərt reaksiya

0

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “Frans-24” telekanalının Qarabağdakı erməni separatçılarının tör-töküntülərinin “rəhbəri” Araik Arutyunyandan müsahibə götürməsinə münasibət bildirib.

Axar.az xəbər verir ki, diplomat bu barədə Tvitterdə yazıb.

“Dünyanın tanımadığı qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “Frans-24″ tərəfindən yayımı separatizmin təbliğinə təkan verir. Bu, eyni zamanda Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur”, – L.Abdullayeva vurğulayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »