“Rəsmi Bakı sonuncu maskaları da düşən İranın yaxasından əl çəkməyəcək”

0

Mollalar bir yandan gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərir, bu revanşist-təcavüzkar ölkəni yenidən silahlandırmağa çalışır. Digər tərəfdən isə, 14 nəfər İran vətəndaşının (diversantının) bu yaxınlarda Qarabağa gəlişi ilə bağlı araşdırmalar bitməmiş, rəsmi Tehran Xankəndiyə 13 nəfərdən ibarət daha bir təxribatçı qrup göndərir. Beləliklə, son bir həftə ərzində (noyabrın 24-dən 30-dək) rusiyalı sülhməramlıların postundan Azərbaycan ərazisinə iki qrupdan ibarət 27 nəfər İran vətəndaşı daxil olub.

Bu nə deməkdir? İranı idarə edən fars-molla rejimi bununla nə demək istəyir? Terrorçuluğa, təxribatçılığa himayəçilik edən belə bir ölkəyə İslam Respublikası demək nə dərəcədə düzgündür? Kim ki, İranı islam dövləti hesab edir demək ki, o insanın mübarək İslam dinindən anlayışı, xəbəri yoxdur.

Maraqlıdır ki, rəsmi Bakı iranlı təxribatçıların ərazimizə keçməsinə (və ya keçirilməsinə) qəti etirazını bildirsə də, lakin nə İran, nə də onları ərazilərimizə buraxan sülhməramlılar məsələyə hələ də aydınlıq gətirməyiblər. Adi günlərdə Azərbaycanın əleyhinə müxtəlif diplomatlarının, deputatlarının və generallarının vasitəsilə hədə, təhdid dolu bəyanatlar, açıqlamalar verən İran tərəfi indi israrla susmağına davam edir.

Necə deyərlər, molla rejiminin “quyruğu” qapı arasında qalıb. İran tərəfi heç vaxt bu qədər açınacaqlı şəkildə rəzil, rüsvay olmamışdı. Molla rejimi suç üstündə yaxalandığına görə, artıq nə deyəcəyini də bilmir. Çünki əllərində Azərbaycan tərəfini qane edə biləcək heç bir tutarlı məntiq və izah imkanları, istinad nöqtələri yoxdur. Lakin rəsmi Bakı sonuncu maskaları da düşən İranın yaxasından əl çəkməyəcək. Molla rejimi həm Ermənistanı silahlandırmağına, həm də ərazilərimizə diversant göndərməyinə mütləq aydınlıq gətirməlidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »