Şirkət və müəssisələr tərəfindən ADAU məzunlarına maraq artır

0

Kənd təsərrüfatı texnikası və avadanlığının təchizatı ilə məşğul olan “4S” şirkətinin rəhbəri Akşin Ağayev ilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ADAU ilə yerli və xarici şirkətlərin son zamanlar dinamik inkişaf edən sıx münasibətlərindən söz açıb. Bildirib ki, məzunların işlə təmin olunması məsələsi daim diqqətdə saxlanılır. Buna görə də universitet–sənaye əməkdaşlığı mühüm əhəmiyyətə malikdir.

Akşin Ağayev təmsil etdiyi şirkətin fəaliyyətindən bəhs edib. Bildirib ki, “4S” şirkəti 2017-ci ilin noyabrından etibarən Almaniyanın ən böyük konserni olan CLAAS tərəfindən Azərbaycan ərazisində servis tərəfdaşı təyin olunub. Hazırda respublika ərazisində şəxsi ehtiyat hissələri anbarlarına, müasir təmir bazasına və mobil mühəndis briqadalarına malik olan bir neçə nümayəndəlik və servis məntəqələri fəaliyyət göstərir.

Həmçinin görüşdə bir nəfər Aqrar Universitet məzunu və magistr tələbəsinin “4S” şirkəti tərəfindən işə qəbul olunması və bir neçə tələbənin isə praktikaya cəlb olunması məsələlərindən də danışılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »