Ceyhun Bayramov litvalı həmkarı ilə görüşdü

0

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vətən müharibəsindən sonrakı dövr və Ermənistanla sülh səyləri barədə litvalı həmkarı Qabrielyus Landsberqisi məlumatlandırıb.

C.Bayramov bu barədə Tvitterdə paylaşım edib.

Paylaşımda qeyd edilib ki, nazirlər arasında görüş Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində baş tutub.

Tərəflərin həmçinin ikitərəfli əməkdaşlığı və qarşılıqlı əlaqələrin perspektivini müzakirə etdikləri bildirilib.

 85 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »