Avropa komissarı İlon Maskı Aİ-də tviteri qadağan etməklə hədələyib

0

Avropa Komissiyasının daxili bazar üzrə komissarı Tieri Breton amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask ilə söhbətində “Twitter” sosial şəbəkəsinin məzmunun moderasiyası ilə bağlı qaydalara əməl etmədiyi təqdirdə Avropa İttifaqında fəaliyyətini qadağan edəcəyi ilə hədələyib.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti mənbələrə istinadən məlumat yayıb.

Videokonfrans zamanı Breton Maska əvvəllər bloklanmış istifadəçilər üçün sosial şəbəkəyə girişin qaytarılmasına fərdi yanaşmadan və dezinformasiyanın aqressiv təbliğatından imtina etməyin zəruriliyi, həmçinin gələn ilə qədər platformanın geniş miqyaslı müstəqil auditinə razılıq verilməsi barədə danışıb.

Biznesmenə xəbərdarlıq edilib ki, əks halda tviter Avropa Birliyinin rəqəmsal xidmətlərlə bağlı yeni qanunvericiliyini poza bilər. Breton bir daha vurğulayıb ki, qanunu pozarsa, sosial şəbəkə Avropa qadağası və ya qlobal dövriyyəsinin 6%-nə qədər cəriməsi ilə üzləşə bilər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »