İranda öldürülən etirazçıların sayı 451-ə çatdı

0

İranda sentyabrın 17-dən bu günə kimi etiraz aksiyalarında 451 nəfər öldürülüb.

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilir ki, bu dövr ərzində 18.183 nəfər saxlanılıb ki, onlardan 3.377-in kimliyi və harada saxlanıldığı dəqiqləşdirilib.

Saxlanılanlardan 574 nəfəri tələbədir.

Həmçinin, 157 şəhərdə İranın idarəetmə sisteminə qarşı keçirilən etiraz aksiyalarını 143 universitetin tələbələri dəstəkləyib.

 84 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »