Tanınmış boksçu 37 yaşında öldü

0

Meksikalı boksçu Moyzes Fuentes 37 yaşında vəfat edib.

Bu barədə Ümumdünya Boks Şurasının (WBC) prezidenti Maurisio Suleyman məlumat verib.

“Son nəfəsinə qədər vuruşan döyüşçü. Ailəsinə və yaxınlarına başsağlığı veririk”, – Süleyman bildirib.

Qeyd edək ki, idmançı 13 ay əvvəl David Kuelyara 4-cü raundda nokautla məğlub olmuşdu. Həmin döyüşdə Moyzes Fuentes başından zədə almışdı. Fuentesdə qan laxtası aşkar edildikdən sonra beyində şişkinliyi azaltmaq üçün komaya salınmışdı.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »