Bakıda azyaşlı qız ikinci dəfə ƏRƏ VERİLİR

0

Bakıda yeniyetmə qız ikinci dəfə ərə verilir.

Bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ictimailəşdirib.

K.Ağazadə qeyd edib ki, yeniyetmə Xəzər rayonu Türkan qəsəbəsində yaşayan şəxslə evləndirilir.

“Qız 13 yaşında evləndirilib və hətta 1 yaşında körpəsi də var. O, əvvəlki ailəsindən ayrılıb və yenidən ərə verilir”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Modern.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqəli araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »