İrana qarşı hərbi əməliyyat başlaya bilər – Politoloq

0

İlk növbədə, İrana Beynəlxalq Atom Enerjisi Təşkilatı tərəfindən 60% zənginləşdirilmiş uranın istehsalı qadağan edilib. Üstəlik, İranla “Altılıq ölkələri” arasında uranın saflaşdırılması ilə bağlı müqavilə imzalanıb və İran öz üzərinə öhdəlik götürüb ki, bundan sonra uranın saflaşdırılması işi ilə məşğul olmayacaq. Hazırda İran uranın saflaşdırılması prosesini davam etdirəcəksə, bu, müəyyənləşdirilməlidir, Beynəlxalq Atom Enerjisi Təşkilatı tərəfindən rəy verilməlidir. Daha sonra İrana qarşı ciddi ölçülər götürülməlidir. Hətta hərbi hərəkat belə başlana bilər.

Bu sözləri politoloq Qabil Hüseynli Axar.az-a açıqlamasında İranın MAQATE-yə cavab olaraq 60% zənginləşdirilmiş uranın istehsalına başlaması ilə bağlı danışarkən deyib.

“Artıq BMT tərəfindən İrana qarşı qətnamə qəbul edilib və Tehranın hərəkətləri dünya ictimaiyyəti tərəfindən əks-reaksiya doğurmaqdadır. Fikrimcə, “İran uranın saflaşdırılması işini davam etdirir” sözünü deməklə, Tehran daxildə müəyyən fikir formalaşdırmağa, ətrafdakılarda qorxu hissi təlqin etməyə çalışır. Ancaq bu belə deyil. İranı böyük fəlakət gözləyir. Çünki İrana qarşı sanksiyaların dairəsi genişləndirilə bilər. Vəziyyət kritik həddə çatarsa, İrana qarşı hərbi əməliyyatlar da başlana bilər. Bu əməliyyatları isə BMT sanksiyalaşdıra bilər”, – politoloq bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »