Ukrayna rus hərbi kolonunu darmadağın etdi

0

Luqansk vilayətində rus qoşunları ilə şiddətli döyüşlər davam edir. Ukrayna Müdafiə Qüvvələri düşmən qüvvələri üstündə üstünlüyünü saxlayır.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Luqansk vilayətinin Sirotino qəsəbəsi ərazisində Rusiya qoşunlarının kolonu darmadağın edilib. Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində yerli sakinlərin məcburi köçürülməsi tədbirləri davam etdirilir. Xüsusilə, Belovodsk sakinləri məcburi şəkildə Luqansk şəhərinə köçürülüb. Ən çətin döyüşlər indi Şərq cəbhəsində gedir. Ukrayna ordusunun Luqansk vilayətinin azad edilməsi üzrə hərbi əməliyyatı çətin keçəcək, çünki rus işğalçıları regionda möhkəmlənməyə nail olub, qondarma “lxr” yaraqlıları və qüvvələrin timsalında dəstək alıblar”, – məlumatda deyilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »