ABŞ üçün ən ciddi təhlükə açıqlandı

0

Artan dövlət borcu ABŞ üçün ciddi təhlükəyə çevrilib.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Tayms” keçmiş hökumət rəsmilərinə istinadən məlumat yayıb.

“Milli təhlükəsizliyimiz üçün ən mühüm təhlükə 21-ci əsrdə artan dövlət borcunun yüküdür. Son iyirmi ildə Vaşinqtonun xərcləri ÜDM-dən daha sürətlə artıb və bu xərclərin böyük hissəsi borclanma hesabına maliyyələşdirilib”, – məlumatda deyilir.

Nəşr qeyd edir ki, 2000-ci ildən bəri ABŞ-ın dövlət borcunun ÜDM-də payı iki dəfədən çox – 55%-dən 122%-ə qədər artıb. Proqnozlara görə, demək olar ki, 200%-ə qədər də artacaq:

“İkinci Dünya müharibəsi illərində olduğu kimi, borc yükü ilə yaşayırıq. Oktyabrda ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 31 trilyon dolları keçib”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »