İstanbul terroruna görə 17 nəfər həbs olundu

0

Türkiyənin İstanbul şəhərində noyabrın 13-də terror aktı törətməkdə şübhəli bilinən 17 nəfər həbs olunub.

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, həbs olunanlar arasında terror aktını törədən Suriyaəsilli qadın Əhləm Əlbəşir də var.

Türkiyə polisi ümumilikdə terror aktında iştirak etməkdə şübhəli bilinən 51 nəfəri saxlayıb.

Qeyd edək ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətməkdə ittiham olunan Suriya əsilli Əhlam Əlbəşir gizləndiyi evdə saxlanılaraq istintaqa cəlb olunub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »