İrandakı teraktları rejim özü törədir? – Kərim Əsgəri

0

Hazırda İranda vəziyyət çox gərgin və qarışıqdır. Lakin bütün hallarda baş verən terror aktlarının törədilməsində hər kəs ilk növbədə hazırkı rejimdən şübhələnir.

Bu sözləri Axar.az-a Xuzistan və İsfahan vilayətlərində törədilən terror aktları haqqında danışan İran üzrə ekspert Kərim Əsgəri deyib.

Ekspertin sözlərinə görə, etirazlara fərqli don geyindirmək üçün belə addımlar atıla bilər:

“Çünki mitinqlərin iştirakçılarının böyük əksəriyyəti dinc vətəndaşdır. İrandakı rejim isə məsələni silahlı fəaliyyət və separatçılıq kimi qələmə vermək, etirazları zorakılıqla yatırtmaq, hədəf yayındırmaq üçün terrorun arxasında dura bilər. Hazırda İranda internetin məhdudlaşdırılması və dinc əhaliyə qarşı zorakılıq halları da rejimin həm son terror aktlarında, həm də Şirazda Şah-Çıraq məqbərəsində edilən hücumlarda barmağının olması ehtimalını artırır”.

Qeyd edək ki, 16 noyabrda Xuzistan və İsfahanda ardıcıl terror aktları törədilib, nəticədə 7 nəfər ölüb, 12 nəfər yaralanıb. Ölən və yaralananlar arasında polislər də var. Hər iki şəhərdə motosikletdə olan terrorçular avtomatlardan insanlara atəş açıblar.

 76 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »