Qubada 37 yaşlı kişi intihar edib

Quba rayonunda 37 yaşlı kişi intihar edib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 11-də gecə saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, Quba şəhər sakini, 1985-ci il təvəllüdlü Ayaz Əliməmmədov yaşadığı evin həyətindəki ağacdan özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Comments are closed.

Tərcümə »