Van Damm yeni filmə çəkilir

0

Məşhur Hollivud aktyoru Jan Klod Van Damm “Səssiz ölüm” döyüş filmində rol alacaq. Filmin ssenari müəllifi və rejissoru Entoni Hikoksdur.

Kult.az xəbər verir ki, bu barədə “Didlayn” məlumat yayıb.

“Film Konqoda xəzinələri gizlədən dörd muzdludan bəhs edir. Qəhrəmanlar xəzinəni basdırır və qəniməti bölüşmək üçün 3 ildən sonra eyni yerdə görüşməyə razılaşırlar, lakin hər şey plana uyğun getmir.

Filmdə Vernon Davis, Rafael Amaya və Madalina Genea da çəkiləcək. Jan Klod Van Damm həm də prodüser kimi fəaliyyət göstərəcək. Əsas çəkilişlər 2023-cü ilin əvvəlində başlayacaq”, – məlumatda deyilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »