Saray-Novxanı yolunda yeni geri dönmə hissə yaradılır

0

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, “VAZ dairəsi” kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geri dönmə hissə yaradılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, bu, sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə edilir.

Yeni geri dönmə hissə yaxın günlərdə istifadəyə veriləcək.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »