“Şuşa qalası”nda qardaşlar dava saldı: xəsarət alan var

0

Bakıda restoranda qardaşlar dava salıb, xəsarət alan var.

Report xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən “Şuşa qalası” restoranında qeydə alınıb.

Belə ki, Təbriz Əmirxan oğlu Məmmədov qardaşı Nicat Məmmədovla birlikdə restoranda Sirac Xeyrulla oğlu Mustafayevə yumruq və təpiklə xəsarətlər yetirərək xuliqanlıq ediblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məclləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »