Qubada maşın ana və iki azyaşlı uşağını vurdu: ölən var

0

Qubada avtomobil ana və iki azyaşlı uşağını vurub, ölən var.

Report xəbər verir ki, hadisə oktyabrın 9-da rayonun Vaqif küçəsində qeydə alınıb.

Belə ki, Süleyman Məmmədov idarə etdiyi avtomobillə yolu keçən Günay Fərzəliyeva və onun iki azyaşlı övladını vurub. Nəticədə qadın hadisə yerində ölüb, uşaqlar isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »