Xızı rayonunda Vətən müharibəsinə həsr olunmuş bilik yarışı keçirilib

0

Xızı rayonunda “Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində yeniyetmə, gənclər və gənc müəllimlərin iştirakı ilə Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə turnir keçirilib.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd zəfərimizlə başa çatan Vətən müharibəsinin gənc nəsil arasında təbliğ edilməsinə dəstək verməkdir.

Tədbirdə qonaq qismində iştirak edən Xızı Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Abdulla Abasov çıxışında bu kimi tədbirlərin gənclərdə vətənpərvərlik hisslərinin artırılmasında müsbət əhəmiyyətə malik olduğunu qeyd etmiş və layihənin həyata keçirilməsində Xızı rayonunu da seçdiklərinə görə təşkilatçılara təşəkkürünü bildirmişdir.

Xızı rayonunun müxtəlif kənd və qəsəblərində yaşayan və təhsil alan 30 nəfər yeniyetmə və gəncdən ibarət komandaların bilik mübarizəsində “Sitalçay” komandası qalib adını qazanıb. “Dəmir yumruq” və “777” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.

Yekunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən kubok, medal və diplomlar, bütün iştirakçılara isə layihə çərçivəsində hazırlanmış Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Qubadan olan ümumilikdə 185 nəfər Vətən müharibəsi şəhidi haqqında məlumatların yer aldığı “Zəfərin şəhid qəhrəmanları” adlı kitablar təqdim edilmişdir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »