Məktəbdə zorakılıq videosu yüzlərlə faktdan biridir

0

Təəssüflər olsun ki, statistik təhlillərə və nəticələrə baxanda son 2 il ərzində Azərbaycan təhsilində baş verən neqativ halların əvvəlki 15 illə müqayisədə daha çox olduğunu görürük.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəblinin digər şagirdi döyməsi ilə bağlı bu gün yayılan görüntülər haqda danışarkən deyib.

O bildirib ki, bir şagirdin digər şagirdə qəddarcasına, düşmən kimi fiziki zorakılıq tətbiq etməsi artıq orta ümumtəhsil məktəblərimizdə təhsil mühitinin itdiyini göstərir:

“Məktəbdə xoşagəlməz hallar son 2 ildə çoxalıb. Bu da onu göstərir ki, Elm və Təhsil Nazirliyi hazırda təhsilə ümumilikdə nəzarət edə bilmir. Təhsil mühitimiz yoxa çıxdığı üçün şagirdlər sosial şəbəkələrdə video paylaşmaqdan ötrü digər həmyaşıdları və sinif yoldaşlarına qarşı çox ağır zorakılıqlar tətbiq edirlər. Baş verənlər birmənalı şəkildə bütün valideynləri narahat etməlidir. Görüntülər onu göstərir ki, biz övladlarımızı məktəbə göndərəndə diqqətli olmalıyıq. Bu gün valideynlər narahatdırlar ki, övladlarını hər an şagirdlər, müəllimlər döyə bilər. Fiziki zorakılığa heç bir halda haqq qazandırmaq olmaz.

Yaxşı ki, uşaqlar telefona çəkiblər. Çəkilməyən yüzlərlə, minlərlə belə faktlar var ki, itib batır.

Mən bu halı birmənalı şəkildə pisləyirəm və hesab edirəm ki, buna görə çox ciddi şəkildə cəzalar olmalıdır. Söhbət təkcə uşaqların, sinif rəhbərinin, direktorun cəzalanması ilə bitməməlidir”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »