Tehran İrəvanla Bakı arasında danışıqlar platformasına çevrilməyə hazırdır – Səfir

0

“Tehran İrəvanla Bakı arasında danışıqlar platformasına çevrilməyə hazırdır”.

İran mətbuatı xəbər verir ki, bunu İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovla görüşündə deyib.

“İran şimal qonşularına, yəni Azərbaycan və Ermənistana Tehranda ikitərəfli və üçtərəfli görüşlər və 3+3 regional təşəbbüsü vasitəsilə davamlı sülhə nail olmaq üçün kömək etməyə hazırdır”,- səfir bildirib.

Bildirilir ki, tərəflər ikitərəfli münasibətlərə dair məsələləri, Cənubi Qafqazdakı vəziyyəti və regionla bağlı məsələlərdə İranın prinsipial mövqeyini müzakirə ediblər.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »