Rusiya Ukraynada 58 mindən çox hərbçi İTİRİB

0

Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində 400 rusiyalı hərbçini məhv edib. Bununla da hərbi əməliyyatlar başlayandan bəri Rusiya ordusunun itkiləri 58 150 nəfərə çatıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, 28 sentyabra qədər Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2312 tank, 4889 zirehli maşın, 1381 artilleriya sistemi, 331 reaktiv yaylım atəşi sistemi, 175 hava hücumundan müdafiə sistemi, 262 təyyarə, 224 helikopter, 989 operativ-taktiki PUA, 242 qanadlı raket, 15 gəmi/qayıq, 3742 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir.

Məlumatda qeyd olunub ki, düşmən son sutka ərzində daha çox Kramatorsk və Donetsk istiqamətlərində itkilər verib.

Xatırladaq ki, Rusiya ordusu bu il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »